Vətəndaş A
Vətəndaş A – Azərbaycan serialı.Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilmişdir.Quruluşçu Rejissor Rüstəmzadə Elvin ,Ssenari müəllifi-Asiman Ağa Rövşən,Quruluşçu Operator -Vasif Vəlizadə,Bəstəkar -Vüqar Məmmədzadə , Quruluşçu Rəssam -Vüqar Qurbanov ,Prodüser -Sevinc Əliyevadır.
“SFN Film” şirkəti tərəfindən ərsəyə gətirilmişdir.
Rollarda Günəş Mehdizadə, Şamil Süleymanlı, Qurban İsmayılov, Nəsibə Eldarova, Şövqi Hüseynov,Anar Səfiyev , Zülfiyyə Qurbanova, Niyaz İlyasoğlu, Əlibəy Məmmədli, Rauf Şahsuvarov, Oktay Mehtiyev, ,Elsevər Rəhimov, Zəhra Əlisoy,Nigar Mürsəlova , Emil Həmidov ,Rasəf Mehdiyev,Xalidə Əlimməmədova,Eldar Şirinov ,Toğrul İsabəyli, Eltəkin Xan və başqaları çəkilmişdir. 2024-cü ildə efirə buraxılmış, 12 bölümdən ibarət çox seriyalı bədii filmdir.
Vətəndaş A - 1ci Bölüm
== İstehsal ==
“SFN Film” şirkəti istehsal etmişdir. Serialın ssenarisi Cəfər Cabbarlının "Almaz" pyesindən təsirlənərək yazılmışdır. Çəkilişlər Daşkəsənin Bayan kəndində, Şamaxı və Bakı şəhərlərində baş tutmuşdur.